28 noyabr 2015 00:20

Vaqif Cavadov: Heyəti mən formalaşdırmıram

"Qəbələ"nin yarımmüdafiəçisi Vaqif Cavadov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri səfər oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı nə deyə bilərsiniz?
- Çox yaxşı oyun alındı. Demək olar ki, bütün oyun ərzində üstünlük bizim tərəfimizdə idi. Hər iki hissədə yaxşı futbol sərgilədik. Qol epizodlarımız kifayət qədər idi. Sadəcə, onların heç birindən yararlana bilmədik. Qələbə qazana bilərdik. Komandamızı belə oyuna görə təbrik etmək olar.

- İkinci hissədə meydana çıxdınız. Roman Qriqorçuk sizə hansı tapşırıqları verdi?
- Komandaya həm hücumda, həm də müdafiədə dəstək göstərməyi.

- Sizcə, baş məşqçinin tapşırıqlarını yerinə yetirə bildiniz?
- Bunu ən yaxşısı baş məşqçidən soruşun.

- Meydanda kifayət qədər fəal idiniz. Start heyətdə meydana çıxsaydınız, komandaya daha çox fayda verə bilərdiniz?
- "Qəbələ"yə gəldiyim ilk gündən özümü oynamağa hazır hiss edirəm. Amma heyəti formalaşdırmaq baş məşqçinin işidir. Bu barədə danışmaq mənə düşmür. Mən sadəcə, hər bir oyunda komandaya faydalı olmağa çalışıram.

- Son saniyələrdəki bir epizodda yanınızda komanda yoldaşınız olsa da, ona ötürmə etmək əvəzinə qapıya zərbə vurdunuz. Oyunda son nöqtəni özünüz qoymaq istəyirdiniz?
- Komanda yoldaşımı görürdüm. Hətta imkanım olsaydı, ötürmə də edəcəkdim. Amma son saniyələr gedirdi, rəqib də müdafiəyə qapanmışdı. Ona görə də düşündüm ki, topu itirməkdənsə qapıya zərbə vurmaq daha yaxşı olar.

- Oyuna çıxanda artıq qrupun digər matçında Rusiya "Krasnodar"ının Dortmund "Borussiya"sına (Almaniya) qalib gəldiyini bilirdiniz. Bu, sizin oyununuza təsir göstərdi?
- Təsir göstərməyə bilməzdi. Biz artıq "Krasnodar"ın qalib gəlib, qrupdan çıxdığını bilirdik. Amma buna baxmayaraq, yenə də PAOK-a qalib gəlmək istəyirdik. Mənə elə gəlir ki, qazandığımız bir xalı da pis nəticə saymaq olmaz. "Krasnodar"a qarşı keçirəcəyimiz son oyunda qələbə qazanmağa çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.