27 noyabr 2015 12:15

Dmitri Bezotosnı: Qol vura bilməməyimiz təkcə hücum xəttinin problemi deyil

"Qəbələ"nin qapıçısı Dmitri Bezotosnı Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirdikləri səfər oyunundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- PAOK-a qalib gəlməyinizə nə mane oldu?
- Qol vəziyyətlərindən yararlana bilməməyimiz. Hücumları məntiqi sonluqla başa çatdırmaq baxımından problemlərimiz var idi.

- Zədənizi yenicə sağaltsanız da, heç də pis təsir bağışlamadınız...
- Bərpa dövrünü yaxşı keçirmişdim. Məşq etmişdim.

- Komandanızın pley-offa çıxa bilməməsinə nə səbəb oldu?
- Qələbə qazanmaq üçün qol vurmaq lazımdır. Biz hər oyunda fərqlənmək üçün yaxşı qol şanslarına malik olduq. "Krasnodar"la Rusiyadakı, "Borussiya" ilə Bakıdakı oyunlarda da belə oldu. "Borussiya"ya hətta birinci dəqiqədə qol vura bilərdik. Həmin qol epizodlarının hər oyunda azı ikisindən yararlana bilsəydik, indi vəziyyət tam fərqli ola bilərdi. PAOK-la oyunlarda da bu baxımdan çox əziyyət çəkdik.

- Deməli, "Qəbələ"nin hücum xəttində problem var?
- Xeyr, mən belə deməzdim. Çünki biz bütöv komanda halında həm hücum edir, həm də müdafiə olunuruq. Ona görə də problemin yalnız hücumçulardan qaynaqlandığnı deməzdim. Qələbə üçün bütün komanda çalışır, təkcə hücumçular yox.

- Qrupun digər oyununda "Krasnodar"ın "Borussiya"ya qalib gələcəyini gözləyirdiniz?
- Düzünü deyim ki, belə olacağını düşünməmişdim. Amma bildiyimə görə, "Borussiya" Rusiyaya he də güclü heyətlə yollanmamışdı. İstənilən halda bu, futboldur. "Borussiya" öz hədəfləri üçün çalışır, biz də öz hədəflərimiz üçün. Sadəcə, bizim bəzi oyunlarda bəxtimiz gətirmədi.

- Qrupdakı son oyunda Bakıda "Krasnodar"la qarşılaşacaqsınız...
- Düzünü deyim ki, "Krasnodar"ın hədəfinə çatdığı üçün Bakıya hansı heyətlə gəlməsinin mənim üçün ciddi fərqi yoxdur. Həm də indidən həmin oyunu düşünmək istəmirəm. Bunun üçün yetərincə vaxt var. Biz hələlik, çempionat oyunlarını düşünməliyik.

- Amma ruslarla görüşdə qrup mərhələsindəki ilk qələbənizi qazana bilərsiniz...
- Baxacağıq. Biz də buna ümid edirik. Amma dediyim kimi, "Krasnodar"la oyuna çox vaxt qalır. Biz hələlik, "Rəvan"la qarşıdakı görüşü düşünməliyik. Bu oyuna köklənib, istəyimizə çatmalıyıq. Əlbəttə, "Krasnodar"la oyuna da ciddi hazırlaşacağıq. Həmin oyunun əhəmiyyətsiz olduğunu demək olmaz. Son tur olmasına baxmayaraq, biz Avropa Liqasında özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq.

- Qış transfer pəncərəsinin açılmasına çox az vaxt qalıb. Siz hansısa klubdan təklif almısınız?
- Xeyr. İndi bu, mənə heç lazım da deyil. Məni "Qəbələ"də hər şey qane edir - kollektiv, atmosfer. Şadam ki, bu komandadayam və ona kömək edirəm.

- Premyer Liqada işləriniz yaxşı getmir. Bunun Avroliqadakı çıxışınızla əlaqəsi var?
- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Uşaqların hamısı qələbə qazanmaq üçün əlindən gələni edir. Hər bir komandada eniş və yüksəliş dövrü olur. Ümid edirəm ki, "Rəvan"la oyundan etibarən hər şey qaydasına düşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.