27 noyabr 2015 02:50

Roman Qriqorçuk: PAOK-la matçın hakimliyindən razı qalmadım

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirilmiş oyundan (0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az sizi ukraynalı mütəxəssisin açıqlamaları ilə tanış edir:

- "Krasnodar"ın (Rusiya) Almaniya "Borussiya"sına (Dortmund) qalib gəldiyini eşidəndən sonra futbolçularınızı bu oyuna necə motivasiya edə bildiniz?
- Ürəyimdə həmin oyunun nəticəsinə görə çox üzüldüm. Çünki biz qrupdan çıxmağı çox istəyirdik. Amma vəziyyət elə alındı ki, artıq PAOK-la oyuna çıxanadək bizim belə bir şansımız qalmadı. Buna baxmayaraq, futbolçuların işə münasibətindən razı qaldım. Komandam haqda ancaq xoş sözlər deyə bilərəm. Qrupdakı son oyunumuzu evdə "Krasnodar"a qarşı keçirəcəyik və həmin görüşdə qələbə qazanmağa çalışacağıq. Eyni zamanda çempionatda da uğurlu çıxış etməliyik.

- PAOK-la səfər heç-heçəsini "Qəbələ" üçün yaxşı nəticə sayıla bilər?
- Nəticə baxımından, bəli. Hər iki xalımızı PAOK-la görüşlərdə əldə etmişik. Amma oyun baxımından "Borussiya"ya qarşı Bakıda sərgilədiyimiz matçı xüsusi qeyd edərdim. "Krasnodar"la səfər matçını da. Baxmayaraq ki, onların hər ikisində uduzmuşduq.

- "Qəbələ" daha aktiv oynasaydı, qələbə qazana bilərdi?
- Fərqli də ola bilərdi. Daha aqressiv və ya fəal olmağın da həm müsbət, həm də mənfi nəticəsi mümkündür.

- Hakimliklə bağlı nə deyə bilərsiniz?
- Hakimlik xoşuma gəlmədi. Amma bu, mənim fikrimdir.

- Bu oyunu nəzərə alsaq, komandada hansı mövqeləri gücləndirmək istəyərdiniz?
- Özümüzə bəraət qazandırmaq fikrim yoxdur. Amma güclənmək həmişə lazımdır. Bunu istənilən baş məşqçi istəyər.

- Bu gün start heyətdə üç azərbaycanl futbolçunu meydana buraxmışdınız. Sonradan meydana çıxanlar da yerli futbolçular idilər. Bu, itkilərlə əlaqədar idi, ya heç bir şansınızın qalmaması ilə?
- Meydana çıxan futbolçular bu gün üçün daha yaxşı hazırlığa malik olanlar idilər. Burada başqa heç bir amil yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.