27 noyabr 2015 01:10

Rəşad Sadıqov: Sonadək mübarizə aparacağıq

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirilən oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin və gərgin oyun alındı. Çoxdan idi ki evdə belə oyun keçirmirdik. Rəqibin səviyyəsi sözünü dedi. Biz də öz növbəmizdə mübarizə apardıq. Rəqibin hücumlarının qarşısını almağa çalışdıq. Təəssüf ki, yenə də standart vəziyyətdən sonra qol buraxdıq və uduzduq.

- Komandanız standart vəziyyətlər, künc zərbələri zamanı çox qol buraxır...
- Unutmayaq ki, biz boy baxımından ucaboy futbolçulara malik "Monako", "Tottenhem" və "Anderlext"dən geri qalırıq. Həm də o futbolçuların qiyməti 10-15 milyondur. Biz isə sadəcə, texnikamızla fərqlənirik. Ona görə də belə rəqiblərlə görüşlərdə standart vəziyyətlər bizim üçün problem olur.

- Reynaldonun yoxluğu özünü göstərir?
- Onun yoxluğu hər zaman sözünü deyir. Reynaldo bizim üçün vacib futbolçudur. Hücumlar, əks-hücumlar zamanı o, çox faydalı idi. Uşaqlar bu oyunçunun yoxluğunu hiss etdirməmək üçün çox çalışırlar. Sadəcə, alınmadı. Heç-heçə edə bilərdik. Bunun üçün imkanlarımız da oldu.

- Bundan sonrakı şanslarınızı necə qiymətləndirə bilərsiniz?
- Səhv etmirəmsə, mərhələ adlamağımız üçün bizə Belçikada "Anderlext" üzərində 1:0 hesablı qələbə də bəs edəcək. Çətin olacaq. Amma sonadək mübarizə aparacağıq.

- Buraxdığınız qoldan sonra stadion boşalmağa başladı. Azarkeşlər artıq "Qarabağ"a inanmırlar?
- Ola bilsin ki, hansısa səbəblərdən gediblər. Amma qoldan sonra bizi daha çox irəliyə səsləməyə başladılar. Qrup mərhələsinin bütün ev oyunlarında azarkeşlərdən yaxşı dəstək gördük. Buna görə onların hamısına minnətdaram. Fikrimcə, ev oyunlarında layiqli çıxış etdik. Beş turdan sonra daha çox xal toplaya bilərdik. Bu mövsüm heyətlə bağlı çoxlu problemlərimiz, itkilərimiz oldu. Nəticəsi isə göz qabağındadır.

- Özünüzü zədədən sonra necə hiss edirsiniz?
- Hələ zədəmi tam sağaltmamışam. "Neftçi"yə qarşı oynamayacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.