26 noyabr 2015 19:15

Azərbaycanın Yunanıstandakı konsulu: Qəbələyə o vaxt ciddi yanaşılmırdı

Azərbaycan Respublikasının Yunanıstandakı Səfirliyinin konsulu Samir Məmmədov azerisport.az saytına müsahibə verib. Konsul bu gün Avropa Liqasının 5-ci turu çərçivəsində keçiriləcək PAOK - "Qəbələ" matçı barədə danışıb. Məmmədov yunanların "Qəbələ"ni ciddiyə aldığını deyib:

"Hər şeydən öncə Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyi adından "Qəbələ" futbol klubunu və onu müşayiət edən bütün həmvətənlərimizi salamlayır, eyni zamanda bir futbol azarkeşi kimi bu axşam baş tutacaq futbol qarşılaşmasında klubumuza uğurlar arzulayıram. Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkə idmanına olan qayğısı nəticəsində son illər ərzində idmanımızda nəzərə çarpacaq inkişafın şahidi oluruq.

Futbola gəlincə isə, bu il 2 futbol klubumuzun birdən Avroliqada dünya səviyyəli komandalarla mübarizə aparması futbolumuzun gələcək inkişafına öz müsbət töhfəsini verəcəyindən əmin olduğumu bildirmək istərdim. Yalnız bir faktı qeyd etmək kifayət edər ki, "Qəbələ"nin cari ilin avqust ayında Yunanıstanın köklü və ən güclü klublarından hesab edilən "Panatinaikos" klubunu turnirdən kənarlaşdırması Yunanıstan yerli KİV-də uzun müddət vurğulanaraq müzakirə mövzusu olması öz növbəsində yerli əhali arasında ölkəmizin malik olduğu müsbət imicin bir az daha işıqlandırılmasına əlavə bir stimul verdi.

Bir sözlə, son illər ərzində beynəlxalq aləmdə idman diplomatiyası termininə tez-tez rast gəlirik və müvafiq olaraq "Qəbələ"nin bu il Yunanıstan komandaları ilə uğurlu mübarizəsi zənnimcə Respublikamızda həyata keçirilən hərtərəfli inkişafın müsbət yöndə tanıdılması prizmasından çox təqdirəlayiq hal hesab edilə bilər. Bu gün baş tutacaq oyuna isə Yunanıstan KİV-də kifayət qədər maraq mövcuddur. Sadəcə olaraq, avqust ayında yerli KİV-də olan abu-hava və klubumuza olan münasibətin bu gün ilə müqayisə edilərkən bir amili nəzərdən qaçırmaq qeyri mümkündür. O amil də ondan ibarətdir ki, qeyd etdiyim o zaman ərzində yerli KİV "Qəbələ"yə o qədər də ciddi yanaşmır, komandamız zəif bir rəqib kimi qələmə verilirdi. İndi isə tam fərqli olaraq klubumuzun gücü və qısa zaman kəsiyində yiyələndiyi təcrübə qeyd olunur və PAOK klubunun son dərəcə ehtiyatlı və diqqətli olmasının vacibliyi bilavasitə vurğulanmaqdadır. Fürsətdən istifadə edərək "Qəbələ" və "Qarabağ"a bu gün keçiriləcək çətin qarşılaşmalarda sonsuz uğur və müəyyən qədər də futbol şansı arzulayıram".

Samir Məmmədov bugünkü matçda Yunanıstanda yaşayan azərbaycanlı azarkeşlərin də matça maraqlı olduğunu bildirib: "Ümumiyyətlə, yunan azarkeşləri öz çılğınlıqları ilə digərlərindən xeyli dərəcədə fərqlənirlər, PAOK tərəfdarları isə Yunanıstanın ən dəlisov və ultra azarkeş kütləsinə aid edilir. Zənnimcə, bu gün hava yağmurlu olmazsa, "Tumba" stadionunda çılğın yunan azarkeşlərinin dəstəyinin şahidi olacağıq və ümid edirəm ki, futbolçularımız bu atmosferdən mənfi yöndə təsirlənməyəcəklər. Biz isə səfirlik olaraq stadiona Yunanıstanın Saloniki şəhərində məskunlaşan 50 nəfərə yaxın azərbaycanlı icmanın nümayəndələrini dəvət etmişik. Çünki, inanırıq ki, say baxımından az olsaq da, doğma komandamıza mənəvi dəstəyini nümayiş etdirmək hər bir azərbaycanlının borcudur".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.