26 noyabr 2015 18:15

Bakı Olimpiya Stadionunda turlar

Bu gündən etibarən Bakı Olimpiya Stadionunda turlara start verilib. Azerisport.az xəbər verir ki, artıq siz stadionu yalnız rəsmi tədbirlər zamanı izləyici kimi görməklə yanaşı, arenanın digər hissələri ilə də yaxından tanış ola bilərsiniz.

Tur zamanı qonaqlar texniki otaqlara, konfrans zalına, skaybokslara, futbolçuların paltardəyişmə otaqlarına, oyun meydançasına və ehtiyat oyunçular skamyaları olan əraziyə getmək mümkündür. Qrup şəklində olan 60 dəqiqəlik piyada turdan əlavə olaraq, qonaqların elektromobil ilə fərdi turlar da sifariş etməsi mümkündür. Tur zamanı qonaqlar stadion barədə maraqlı məlumatlar və ictimaiyyət üçün nəzərdə tutulan gələcək planlarla yaxından tanış ola bilərlər.

Turlar həftənin bazar ertəsi və cümə günləri saat 12:00-dan 16:00-a qədər mövcuddur, elektromobil ilə turlar isə (maksimum 3 nəfər), hər gün saat 11:00-dan 17:00-dəkdir. Turları öncədən rezerv etmək üçün bizə email yaza ([email protected]), telefonla əlaqə saxlaya (+994 55 979 59 89) və yaxud rəsmi Facebook səhifəmizə yaza bilərsiniz (bakuolympicstadium1). Yaxın zamanlarda istifadəyə veriləcək rəsmi saytımızdan da qeydiyyatdan keçə bilərsiniz.

Turlar, Azərbaycan, rus, ingilis və alman dillərində keçiriləcək. Turların qiyməti böyüklər üçün 5 manat, tələbələr üçün 2 manat və 5-15 yaş arası uşaqlar üçün 1 manatdır. Bundan əlavə, bəzi güzəştlər də oluna bilər. Elektromobil ilə tur böyüklər üçün 25, tələbələr üçün isə 20 manat təşkil edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.