26 noyabr 2015 13:40

Ansi Aqolli: Tottenhem istənilən heyətlə güclü və təhlükəlidir

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ" bu oyuna necə hazırlaşıb?
- Ən yaxşı formada hazırlaşmağa çalışmışıq. Komandamızda döyüşkən ruh ən yüksək səviyyədədir. Hamı ən yaxşı oyun sərgiləmək istəyilə alışıb yanır.

- Bəzi futbolçularınızın zədəli olması sizə mane ola bilər?
- Düzdür, zədə səbəbindən bəzi oyunçularımız bizə kömək edə bilməyəcək. Amma biz bir komandayıq və inanıram ki, onların yoxluğunda da istəyimizə çata biləcəyik.

- Bu, "Tottenhem"lə oyunda qələbə qazanmaq şansınızı azaltmır?
- Bu oyunda hər şey baş verə bilər. Ola bilsin ki, açıq oyun getsin. Öz gücümüzə inanırıq. Hesab edirəm ki, adlı-sanlı rəqibimizə müqavimət göstərə bilərik.

- İngiltərə klubu Bakıya bir neçə aparıcı futbolçusunu gətirməyib. Bu, sizin üçün nəyisə dəyişir?
- "Tottenhem" dünyanın ən yaxşı çempionatı hesab olunan İngiltərə Premyer Liqasında çıxış edir. Heyətində 25 yüksək səviyyəli futbolçu var. Sizcə, yeddi futbolçunun yoxluğu onlar üçün itkidir? Bu komanda həmin oyunçularsız da güclü və təhlükəlidir.

- Mümkün qələbə "Qarabağ"a tarixi bir şans - pley-offa çıxmaq fürsəti qazandıra bilər...
- Biz də bunu başa düşürük və bunun üçün çalışırıq. Qrupda yer alan komandaların xal fərqi çox azdır. Son iki oyunu uğurlu keçirə bilsək, lazım olan nəticəni qazana bilərik.

- "Qəbələ"nin növbəti xal itkisi sizin zirvədəki mövqeyinizi daha da möhkəmləndirməyinizə şərait yaratdı. Bu gedişlə cari mövsüm sizin üçün daha asan olacaq. Razısınız?
- Xeyr. Çempionatın heç bir oyununda asan qələbə qazanmaq olmur. Bəli, hazırda izləyicilərimizlə yaxşı xal fərqi yaratmışıq. Amma bu, çempionluğumuza zəmanət vermir. Mövsümün sonuna hələ çox vaxt var. Bizə sadəcə, indiki üstünlüyümüzü qorumaq, bu tempdə davam etmək lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.