26 noyabr 2015 12:40

Qəbələ avrokuboklarda yubileyini qələbə ilə qeyd edə biləcəkmi?

Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qəbələ” son səfər matçını keçirmək üçün Yunanıstana yollanıb. Azerisport.az xəbər verir ki, komanda noyabrın 26-dan 27-nə keçən gecə “C” qrupu çərçivəsində Saloniki şəhərində yerli PAOK-la qarşılaşacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 00:05-də çalınacaq.

Maraqlıdır ki, bu, “Qəbələ”nin avrokuboklarda yunanlarla 4-cü “duel”i olacaq. “Qırmızı-qaralar” Avroliqanın pley-off mərhələsində Elladanın digər təmsilçisi “Panatinaikos”u səfər qolu sayəsində (0:0; 2:2) mübarizədən kənarlaşdırıb. “Panatinaikos”dan fərqli olaraq, PAOK cari mövsüm daha iddialıdır. İndiyədək Yunanıstan Superliqasında 2 dəfə qızıl, 6 dəfə gümüş medallara yiyələnən, 17 dəfə ölkə kubokunun finalında çıxış edən salonikililərin qitəmiqyaslı yarışlarda da böyük təcrübəsi var. PAOK son 6 ildə 5-ci dəfədir Avroliqanın qrup mərhələsinə yüksəlir. 2010/11, 2011/12 və 2013/14 mövsümlərində 1/16 finala vəsiqə qazanan yunanların bu turnirdə ən böyük uğuru 1/4 finala çıxması olub (1973/74 mövsümü). Ümumiyyətlə, Saloniki klubu avrokuboklarda 150 oyun keçirib (54 qələbə, 47 heçheçə, 49 məğlubiyyət).

“Qəbələ”nin bu rəqiblə Bakıda keçirdiyi ilk görüş “sülh”lə nəticələnmişdi - 0:0. Ən maraqlı fakt isə budur: bu vaxta qədər Azərbaycan və Yunanıstan klublarının iştirakı ilə qitə meydanlarında gerçəkləşən 5 oyunun hamısı heç-heçə bitib. “Qırmızı-qaralar”ın yunanlarla 3 görüşündən savayı, “İnter”in 2012/2013 mövsümündə Avroliqanın ikinci təsnifat mərhələsində “Asteras”la qarşılaşmaları da bərabərliklə başa çatıb – 1:1; 1:1.  Həmin vaxt yalnız penaltilər seriyasında “Asteras” ın bəxti gətirmişdi.

“Qəbələ” kimi, PAOK da Avroliqanın qrup mərhələsində qələbə üzünə həsrətdir. Qəbələlilər 4 turdan sonra 1 xal topladığı halda, yunanların aktivində 3 xal var (3 heç-heçə, 1 məğlubiyyət). Bundan başqa, “qırmızı-qaralar”ı sevindirməyən digər statistik göstəricilər də var. Məsələn, “Qəbələ” avrokuboklarda səfər matçında qələbə qazana bilməyib (2 bərabərlik, 5 məğlubiyyət). Bölgə təmsilçisi son 6 oyunda nə qədər çalışsa da, meydanı qalib tərk etməyi bacarmayıb. Lakin faktiki olaraq, nə “Qəbələ”, nə də PAOK qrup mərhələsini adlamaq şansını tam itirib. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv 1/16 finala adlamaq üçün qalan hər iki görüşdə qələbə qazanmalı, eyni zamanda qrupda ikinci pillədə yer alan Rusiyanın “Krasnodar” klubunun məğlubiyyətlərinə ümid bəsləməlidir.

Noyabrın 21-də “Qəbələ” həm də qitəmiqyaslı yarışlarda yubiley - 15-ci sınağına çıxacaq. Geridə qalan 14 oyunun statistikası belədir: 3 qələbə, 3 heç-heçə, 7 məğlubiyyət, topların fərqi 11:20. Şübhəsiz ki, oyun ərəfəsində “Qəbələ”nin məşqçilər korpusunun heyətlə bağlı narahatlığı var. Yayda məhz PAOK-dan icarəyə götürülən Fakundo Pereyra qarşılıqlı razılığa əsasən, Salonikidə keçmiş komandasına qarşı forma geyinməyəcək. PAOK-un heyətində isə bütün diqqətlər yaxın keçmişin ulduz futbolçusu Dmitar Berbatova yönələcək. Yəqin ki, həmin gün bolqar hücumçu qol vurmaq üçün həmişəkindən çox səy göstərəcək. Axı, daha 1 qol sayəsində o, həmyerlisi, əfsanəvi Xristo Stoiçkovu geridə qoyaraq 35 qolla avrokuboklarda ən çox fərqlənən bolqar futbolçu adına yiyələnə bilər.

İstənilən halda, "Qəbələ" təkcə Berbatovu yox, rəqibin bütün üzvlərini nəzarətdə saxlamalı, onlara meydanda sərbəst hərəkət imkanı verməməli və xoşbəxtliyi rəqib qapısı önündə axtarmalıdır. “Qəbələ” yunanları şoka salmağı bacarır. Adlı-sanlı “Panatinaikos”un pley-offdan uzaqlaşdırılmasını Elladada uzun müddət unutmayacaqlar. Ümid edək ki, bu dəfə də “qırmızı- qaralar” Vətənə üzüağ, alnıaçıq qayıdacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.