26 noyabr 2015 11:20

Rikardinyo: Qrupdan çıxmaq şansımız var, bunun üçün son iki matçda qalib gəlməliyik

"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Hazırlıq necə keçdi?
- Hər şey normal idi. Uşaqlar səylə məşq ediblər.

- Son nəticələr komanda üzərində çoxmu təzyiq yaradıb?
- Əlbəttə, müəyyən təsiri var. Amma bizi qarşıda tamamilə fərqli səviyyəli bir oyun gözləyir, nəinki çempionat görüşü. İrəli hərəkət etməli və son nəticələri unutdurmalıyıq. Həm də Avroliqa oyunlarında motivasiya daha güclü olur.

- Komandanızın qrupdan çıxmaq şanslarını necə görürsünüz?
- Şansımız var. Amma qrupdan çıxmaq üçün PAOK-a qalib gəlməyimiz, "Krasnodar"ın da "Borussiya"ya uduzması lazımdır. Son turda isə Rusiya klubunu öz meydanımızda məğlub etməliyik.

- Sizcə, son iki oyunda qalib gələ biləcəksiniz?
- Futbolda hər şey mümkündür. Amma bunun üçün özümüzü yaxşı tərəfdən göstərməyimiz lazımdır. Yalnız belə olan halda nəyəsə ümid edə bilərik. İstənilən halda indi PAOK-la görüşdə qələbə qazanmalıyıq. Əks halda hər şey mənasız olacaq.

- Heyətdə itkilər var. Dodo oynamayacaq, Dmitri Bezotosnı ilə Rafael Santosun oynaması da sual altındadır...
- Əlbəttə, uşaqlardan hansınınsa oynamaması sevindirmir. Mənim üçün komandamızın hər bir üzvü eynidir. Onların hər biri uğurumuzun bir hissəsidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.