26 noyabr 2015 23:50

Qarabağ Tottenhemə ev oyununda da uduzdu

Bu gün Avropa Liqasında qrup mərhələsinin beşinci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edən "Qarabağ" da növbəti oyununa çıxıb.

Ağdam klubu doğma meydanda İngiltərə "Tottenhem"i ilə qarşılaşıb. Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını yaxşılaşdırmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıydı. Lakin təəssüf ki, təmsilçimiz bu vəzifənin öhdəsindən gələ bilməyib. Komandamız səfərdə uduzduğu bu rəqibinə doğma meydanda da minimal hesabla məğlub olub.

Bu gün "J" qrupunda daha bir oyun baş tutub. Belçika "Anderlext"i səfərdə Fransa "Monako"su ilə münasibətlərinə aydınlıq gətirib. Knyazlıq təmsilçisi doğma meydanda məğlub olub - 0:2.

UEFA Avropa Liqası
"J" qrupu
5-ci tur

26 noyabr

"Qarabağ" - "Tottenhem" - 0:1 (0:0)
Qol: H.Keyn, 78 (0:1).
Sarı vərəqə: R.Almeyda, 44. Q.Qarayev, 88.
Baş hakim: Tasos Sidiropulos (Yunanıstan).
Bakı. Tofiq Bəhramov adına respublika stadionu.

"Qarabağ": 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 10. Dani Kintana, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (11. Elvin Məmmədov, 80), 77. Cavid Tağıyev (70. Çumbinyo, 65), 29. Raydell Pupon (90. Samuel Armenteros, 54).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Mişel.
Baş məşqçi: Qurban Qurbanov.
"Tottenhem": 1. Hüqo Lyoris (k), 4. Tobi Alderveyreld, 5. Yan Vertongen, 15. Erik Dayer, 16. Kiran Trippyer, 33. Ben Devis, 8. Rayan Meyson (28. Tom Keroll, 73), 20. Dele Alli, 23. Kristian Eriksen (25. Coşua Onoma, 90+1), 7. Son Hun Min (14. Klinton Nije, 80), 10. Harri Keyn.
Ehtiyat oyunçular: 13. Mişel Vorm, 27. Kevin Vimmer, 17. Andros Tounsond, 29. Harri Vinks.
Baş məşqçi: Maurisio Poçettino.

1Tottenhem531185+310
 2Anderlext521265+17
 3Monako513145–16
 4Qarabağ511336–34

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.