26 noyabr 2015 00:20

Selfi çəkdir, Neftçidən telefon və planşet qazan

29.11.2015-ci il tarixdə “Bakcell Arena”da keçiriləcək və saat 17:00 başlanacaq “Neftçi” - “Qarabağ” matçında meydan sahiblərinin 2 azarkeşi “Lenovo Brand Shop Azerbaijan”dan mobil telefon və planşet qazanmaq şansı əldə edəcək. Azerisport.az xəbər verir ki, paytaxt klubunun bunun üçün müəyyənləşdirdiyi şərtlər də çox sadədir.

1. Azarkeş OYUN ZAMANI stadionda selfi çəkdirir (selfi tribunada çəkilməli və fonda meydança görünməlidir).

2. Azarkeş çəkdiyi fotonu noyabrın 30-u, saat 16:00-a kimi ÖZ SƏHİFƏSINDƏ #neftchilenovo “hashtag”ı ilə paylaşmalıdır.

3. Şəkil çəkdirən “Neftçi” azarkeşinin əynində klubun heç olmasa bir ədəd rəmzi olmalıdır. (Şərf, forma, yaxud papaq)

4. Hər azarkeş ancaq 1 şəkil paylaşa bilər.

5. Müsabiqənin iştirakçısı NEFTÇİ PFK-nın Facebook səhifəsinin üzvü olmalıdır.

Qalib necə seçiləcək?

İştirakçılar arasından qalib səsvermə yolu ilə seçiləcək. Azarkeşlərin “hashtag”da paylaşdığı şəkillər klubun rəsmi səhifəsində 1 dekabr saat 19:37-də təkrar paylaşılacaq. 3 gün davam edəcək səsvermə 4 dekabr saat 19:37-də yekunlaşacaq.

Səhifədə ən çox “like” toplayan fotonun sahibi “Lenovo Brand Shop Azerbaijan”dan LENOVO K3 NOTE mobil telefonu, ikinci yerin sahibi isə LENOVO TAB2 A7-10 planşetini qazanacaq.

Hədiyyələr sahiblərinə Topaz Premyer Liqasının 15-ci tur çərçivəsində keçiriləcək “Neftçi” – “Zirə” oyununun fasiləsində təqdim olunacaq.

Müsabiqəyə keçid:
https://www.facebook.com/NeftciPFK/photos/a.194690867230064.46427.194681353897682/1081367655229043/?type=3&theater

Xatırladaq ki, bir müddət əvvəl “Neftçi” PFK-nın rəsmi Facebook səhifəsində keçirilmiş üzvlük kartları ilə bağlı yarışın, eləcə də “Bakcell Arena” stadionunda uşaqlar arasında təşkil olunmuş müsabiqənin qalibləri klub tərəfindən mükafatlandırılmışdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.