25 noyabr 2015 22:30

Roman Qriqorçuk: Uğurlu seriyanın davam etməsini çox istəyərdim

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis Salonikada baş tutan mətbuat konfransında bunları söyləyib:

- Hava bir qədər yağışlıdır. "Krasnodar"la səfər oyununda da belə idi. Bu, sizi narahat etmir?
- Yağış məni hər şeydən az narahat edən məqamdır. Proqnozlara görə, sabah yağış olmayacaq. Bu, problem deyil.

- Bu mövsüm Kipr "Apollon"u, Yunanıstan klubları sizinlə bacarmır. Bu dəfə necə olacaq?
- Qələbə qazanmağımız ideal olardı. Bu, çox çətin olacaq. Müxtəlif seriya və statistikalar barədə danışmağı xoşlamıram. Amma çox istəyərdim ki, bu uğurlu seriyamız davam etsin.

- Zədəli futbolçularınızla bağlı vəziyyət nə yerdədir? Dodo, Dmitri Bezotosnı, Ermin Zets necədir?
- Dododan başqa hamı məşq edir. Amma iki-üç həftə oynamayan futbolçu optimal formada ola bilməz. İstənilən halda risk edib, onlardan hansılarısa heyətdə oynatmalı olacağıq.

- Qrupda elə vəziyyət yaranıb ki, "Qəbələ" qalan hər iki oyundan qələbə ilə ayrılmalıdır...
- Sabah "Krasnodar"la "Borussiya" arasındakı oyun bizim görüşdən iki saat öncə başlayacaq. Yəni meydana həmin oyunun nəticəsini bilərək çıxacağıq. Bizim üçün həmin oyunda "Borussiya"nın qələbə qazanması vacibdir. Çox istəyərdim ki, hər şey bizim üçün uğurlu nəticələnsin. Özümə də, komandama da ən yaxşısını arzulayıram.

- Avroliqanın qrupunda oynamaq sizə nə verdi və ya nə aldı?
- Böyük təcrübə qazandıq. Özümüzə inandıq. Daha da inkişaf etmiş olduq. Çox istəyərdimki, Azərbaycan yazda da Avroliqada iki klubla təmsil olunsun. "Qarabağ"a da uğurlar arzulayıram. Sabah elə bir şans qazanmaq istəyirəm ki, hər şeyi son turda həll edə bilək. Bir dəfə bu hissləri yaşamışam. Yenidən eyni şansı qazanmağı çox arzulayıram.

- "Borussiya"ya qarşı üç müdafiəçi ilə oynamışdınız. Bu dəfə də sizdən eyni taktikanı gözləmək olar?
- Dortmunddakı oyunda cinah müdafiəçilərimizin fəal olması bizim üçün vacib idi. Sabah necə oynayacağımız həm də əlimizdəki materialdan asılıdır. Məsələn, bu dəfə Dodo oynamayacaq.

- Fakundo Pereyra PAOK-a məxsus olduğundan, onu meydana buraxa bilməyəcəksiniz. Bu, əlavə itkidir?
- Əlbəttə, hər bir futbolçunun olmaması bir itkidir. Amma bu, razılaşmadır. Əvvəlcədən razılaşdırılan hər bir şeyə əməl etmək lazımdır.

- Qələbəyə inandığınızı dediniz. Bu əminlik haradandır? PAOK-un indiki vəziyyətindən?
- Xeyr, bunun PAOK-un hansı vəziyyətdə olması ilə bağlı deyil. Rəqib barədə bildiklərimizi futbolçulara söyləmişik. Amma əsas bizim lazım olan uğura öz inanımımızdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.