25 noyabr 2015 16:00

Şahin Diniyev: Bu, Kəpəzin uğuru sayılır

“Kəpəz”in iki illik fasilədən sonra yenidən Topaz Premyer Liqasında mübarizə aparması və bu dönüşün komandanın uğurlu çıxışı ilə əlamətdar olması azarkeşlər üçün sevindirici olmaya bilməz. Azerisport.az xəbər verir ki, bu planda daha bir sevindirici məqam “sarı-göylər”in üzvlərinin müxtəlif yığma komandalara dəvət almasıdır.

Belə ki, Gəncə klubunun əldə etdiyi nəticələr milli məşqçilərinin komandaya diqqətini artırıb və bunun nəticəsidir ki, əsas komandanın 4 futbolçusu yığmalara çağırılır. Əsas milliyə Tərlan Quliyev və Rəşad Eyyubov, 21 yaşlı futbolçulardan ibarək komandaya isə Budaq Nəsirovla Azad Kərimov mütamadi dəvət olunur.

Buna kimi uzun müddət “Kəpəz”dən millilərə futbolçu çağırılmayıb və bu mövsüm təxminən 12-13 illik həsrətə son qoyulub. Bu işdə az əməyi olmayan “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlamasında bundan sonra da yığmalara futbolçu verməyə çalışacaqlarını bildirib:

“Biz hələ ilk addımlarımızı atırıq və komandamızın futbolçuları milli komandalara dəvət alır. “Kəpəz”in yığmalara futbolçu verməsindən neçə illər keçib. Hazırda əsas komandanın 4 üzvü milliyə çağırılır. Əvəzedici komandamızdan isə bir oyunçu U-19-a dəvət olunub. Bu, “Kəpəz”in uğuru sayılır. Yolun başlanğıcında oyunçularımızın Azərbaycan yığmalarına cəlb olunması olduqca sevindiricidir. Mənə elə gəlir ki, zaman keçdikcə çempionat oyunlarında uğurla çıxış etməyimiz komandamızdan dəvət alanların sayını və onların meydanda oynama vaxtını da artıracaq. Futbolçuların özündən də çox şey asılıdır. Millinin baş məşqçiləri oyunçuları izləyir və göstərdikləri oyun onlar üçün yığmalara tramplin olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.