25 noyabr 2015 14:00

Vidadi Rzayev: Ən azı bir klubumuz, xüsusən də Qarabağ qrupdan çıxa bilər

Azərbaycanlı futbol mütəxəssisi Vidadi Rzayevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın Reynaldosuz, Samuel Armenterossuz, hətta bəlkə Rəşad Sadıqovsuz İngiltərə "Tottenhem"inə qarşı ev oyunundakı şansları barədə nə düşünürsünüz?
- Reynaldonun yoxluğu ağdamlılar üçün çox ciddi itkidir. Amma Rəşadın oynamaması həlledici ola bilər. Onsuz lazım olan nəticəni qazanmaq çox çətin olacaq.

- Amma "Qarabağ"ın mümkün qələbəsi qrupdan çıxmasına kömək edə bilər...
- Vəziyyət elədir ki, ağdamlılar qrupdan hətta birinci pilləni tutmaqla da çıxa bilər. Hər şey Ağdam klubunun öz əlindədir. Qələbə qazanmaq lazımdır. Mən proqnozumu hələ qrup mərhələsinin startı ərəfəsində dilə gətirmişdim. Demişdim ki, ən azı bir klubumuz qrupdan çıxacaq. "Qəbələ" indi elə şansa malikdir ki, qrupdan çıxması çətin görünür. "Qarabağ" isə bunu bacara bilər. Çox təəssüf ki, onlar Fransa "Monako"su ilə ev oyununda qələbə qazana bilmədi. Buna bacarsaydılar, indi şansları daha yüksək olardı.

- Muarem Muarem Türkiyənin "Əskişəhərspor" klubundan ayrılıb və "Qarabağ"a qayıtmaq istəyir. Sizcə, Ağdam klubu bu transferi həyata keçirməlidir?
- O, yaxşı futbolçudur. Vaxtilə bu komandaya az faydası dəyməyib. Yeganə məsələ onun "Qarabağ"dan necə getməsidir. Arada heç bir inciklik olmayıbsa, məncə, qayıtması normaldır.

- Heç də yaxşı günlərini yaşamayan "Qəbələ" barədə nə deyə bilərsiniz?
- Roman Qriqorçukun bu komandaya gəlişindən sonra müəyyən inkişaf hiss olunur. Elə komandanın hazırda Avropa Liqasının qrup mərhələsində çıxış etməsi də bir uğurdur. Onların bu turnirdəki çıxışının utandırıcı olduğunu da düşünmürəm. Məsələn, Dortmund Borussiyasına 0:4 hesablı darmadağına görə utanmağa dəyməz. Çünki bu klublar arasında çox böyük səviyyə fərqi var. İndi isə onları Yunanıstan PAOK-u ilə çətin səfər oyunu gözləyir. Rəqib güclü olsa da, onunla oynamaq olar. Ən azından heç-heçə etmək mümkündür.

- Topaz Premyer Liqasında beş turdur qələbə qazana bilməyən komandadan Avroliqada uğur gözləməyə dəyər?
- "Qəbələ" iki cəbhədə mübarizə aparmağın qurbanıdır. "Qarabağ" buna hazırlıqlı idisə, "Qəbələ"də vəziyyət fərqli idi. Çünki Ağdam klubu əvvəlki mövsümdə də Avroliqanın qrup mərhələsində oynamışdı, müəyyən təcrübə toplamışdı. "Qəbələ" isə üstünlüyü Avroliqaya verdi, nəticədə də çempionat oyunlarında istədiyi uğuru qazana bilmədi.

- Bəs bunun günahı kimdədir?
- Uğursuz çıxışın əsas səbəbkarı həmişə baş məşqçi olur. "Qəbələ" də istisna deyil. Amma mən belə davam edəcəyini düşünmürəm. "Qəbələ"nin bu vəziyyətdən çıxacağına inanıram. Çünki bunun üçün yetərli resursa malikdirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.