24 noyabr 2015 18:00

Aqil Nəbiyev: Karyeramı başa vurmamışam, normal komandada oynamaq istəyirəm

Azərbaycan yığmasının sabiq müdafiəçisi Aqil Nəbiyevin azerisport.az saytına müsahibəsi

- Azərbaycanın Avropa Liqasındakı təmsilçiləri - "Qarabağ"la "Qəbələ"nin şanslarını necə qiymətləndirə bilərsiniz?
- Hər iki komandanın şansı qalır. Sadəcə, "Qarabağ"ın şansları daha yüksəkdir. Ağdam klubu baxımlı futbol sərgiləyir. Onların İngiltərə "Tottenhem"inə doğma meydanda, Belçika "Anderlext"inə səfərdə qalib gələcəyinə inanıram. "Qəbələ" də qrupdan çıxa bilər. Çünki futbolda mümkünsüz heç nə yoxdur. İstənilən halda bu komanda gözləniləndən artığını edib. Amma "Qarabağ"dan gözləntilər daha çoxdur.

- Əksər futbol mütəxəssisləri çempionatımızın səviyyəsinin aşağı düşdüyünü bildirir. Siz də bununla razısınız?
- Bunu hamı deyir. Amma bunun səbəblərini axtarıb tapmaq lazımdır. Həm dövlət, həm də AFFA rəhbərliyi futbolumuzun inkişafını istəyir. Lakin hazırda çempionatın səviyyəsi indi əvvəlki ilə müqayisədə doğrudan da yüksək deyil. Məsələn, indi "Qarabağ"la rəqabət aparan klubumuz yoxdur. Ola bilsin ki, qış fasiləsi zamanı digər klublardan hansısa güclənsin və onlarla rəqabət aparacaq səviyyəyə yüksəlsin.

- Əsgər Abdullayev AZAL-ı çalışdırarkən bu komandanın kapitanı idiniz. İndi o, "Neftçi"ni çalışdırır. Qışda isə bu komandaya əcnəbi baş məşqçinin gətirilməsi gözlənilir. Sizcə, Abdullayevə mövsümün sonunadək çalışmağa imkan yaratmaq düzgün olmazdımı?
- Türkiyə Super Liqasında çıxış edən klublar son illərdə tez-tez əcnəbi baş məşqçi dəyişiklərinə gedirdilər. Onlar yalnız indi başa düşürlər ki, yerli mütəxəssislər əcnəbilərlə müqayisədə daha faydalıdır. Əsgər Abdullayev sözünü demiş mütəxəssisdir. Harada çalışmasından asılı olmayaraq, həmişə döyüşkən heyət qurmağa nail olub. Əlbəttə, onun bu postd qalıb-qalmaması "Neftçi" rəhbərliyinin işidir. Onların işinə qarışa bilmərəm. Amma mənə elə gəlir ki, Abdullayevi ən azından maya qədər postunda saxlamaq olar. "Xəzər Lənkəran" üzərindəki qələbə də göstərdi ki, o, işləməyi bacarır. Həmin oyuna dostlarımla baxırdım və dedim ki, bakılılar bu oyunda qol buraxmayacaqlar. Çünki Əsgər Abdullayev ilk növbədə müdafiənin möhkəmliyinə diqqət ayırır. Ona şans vermək lazımdır.

- Azərbaycan yığmasının geridə qalan seçmə mərhələdəki çıxışı barədə nə deyə bilərsiniz?
- Millimizin daha çox xal toplayacağını düşünürdüm. Komandamız bunun üçün mübarizə apardı. Amma etiraf etməliyik ki, boyumuzdan yuxarı qalxa bilmirik. Futbolumuzun səviyyəsi hələ o həddə çatmayıb. Neçə ildir ki, eyni sözləri təkrarlayırıq. Sanki nəsə çatışmır. Halbuki, bu gün futbolçular üçün hər cür şərait yaradılıb. Əvvəllər belə deyildi.

- Sizcə, futbolumuzun daha da inkişaf etməsi üçün nə çatışmır?
- Fikrimcə, bölgələrdə futbolun inkişafına daha böyük dəstək göstərmək lazımdır. Futbol azarkeşlər üçün oynanılır. Bu gün Azərbaycan çempionatının xüsusilə Bakıda keçirilən oyunlarına çox az azarkeş gəlir. Amma regionlarda vəziyyət bir qədər yaxşıdır. Hətta birinci divizionda çıxış edən bölgə klublarının da ev oyunlarına daha çox diqqət var.

- Niyə bu mövsüm sizi heç bir klubda görmürük? Artıq karyeranızı başa vurmusunuz?
- Bunun müəyyən səbəbləri olsa da, açıqlamaq istəməzdim. Vaxtı gələndə deyərəm. Amma hələ karyeramı başa vurmağa tələsmirəm. Fərdi qaydada məşq edirəm. Şəxsi işlərim var ki, onlarla məşğulam. Düşünürəm ki, oynamaq üçün gücüm var.

- Hansısa klubdan təklif almısınız?
- Yerli klublardan təklif almışam. Danışırıq, 2-3 gün sonra hər şey unudulur. Fikrimcə, zamanla hər şey yoluna düşər.

- Sizi qışdan sonra hansısa klubda görməyimiz mümkündür?
- Niyə də yox? Mənim heç bir problemim yoxdur. Özü də futbola pula görə qayıtmağı düşünmürəm. Allaha şükürlər olsun ki, gəlirim var. Yəni pulla bağlı problemim yoxdur. Sadəcə, futboldan kənarda qalmaq istəmirəm. Ən azından daha iki mövsüm futbol oynamağı planlaşdırıram. Özü də normal komandada.

- Məşqçilik barədə düşünmürsünüz?
- Məşqçi olmaq uşaqlıq arzudur. Amma məşqçiliyə özümü tam hazır hiss edəndən sonra başlayacağam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.