24 noyabr 2015 15:20

Aslan Kərimov: Qəbələdə Roman Qriqorçukun hər kəs tərəfindən sevildiyini düşünmürəm

Azərbaycanlı mütəxəssis Aslan Kərimovun azerisport.az saytına müsahibəsi

- Ölkə çempionatında maraqlı vəziyyət hökm sürür. Maliyyə problemlərindən əziyyət çəkən, az qala hər müsahibəsində şikayətlənən futbolçulara malik "İnter" hazırda ikinci pillədə qərarlaşıb...
- Bu, onu göstərir ki, "Qarabağ" və "Qəbələ" istisna olmaqla digər klublarda ciddi maliyyə problemləri var. Legionerlərin əksəri ölkəmizdən ayrıldı. Nəticədə çempionatın səviyyəsi aşağı düşüb. Düzdür, "İnter" bəzi oyunçularını çətinliklə də olsa, saxlayır. Hər halda bu komanda futbolçuları ayda 100-200 manat pul alan AZAL-a qalib gələcək gücdədir. Zaur Svanadzeyə və onun işinə hörmətim var. 13 turdan sonra bu komandanın ikinci pillədə qərarlaşması onun və yetirmələrinin əməyinin nəticəsidir.

- Sizcə, son beş turda qələbə qazana bilməyən "Qəbələ"də nə baş verir?
- Mənə elə gəlir ki, Roman Qriqorçuk qısa zaman ərzində "Qəbələ"də uğura diktator metodları ilə uğur qazana bildi. Komandada hər kəsin onu sevdiyini, hörmət etdiyini düşünmürəm. 12-13 futbolçuya güvənirsənsə, o zaman qalan futbolçulardan hörmət gözləməyə dəyməz. Onun əsas heyət oyunçusu gözü ilə baxmadığı futbolçular bəzi görüşlərdə meydana çıxsalar da, meydanda tam güclərini qoya, nəyə qadir olduqlarını göstərə bilmirlər. İstənilən komandada belə vəziyyət yarana bilər. Baş məşqçi sənə güvənmirsə, o zaman komandaya münasibətin dəyişir. "Qəbələ"də də indi məhz bunlar hiss olunur.

- Bəzi azarkeşlər belə hesab edir ki, Roman Qriqorçuk nağılı sona çatmaq üzrədir...
- Onun bu komandada sonunun çatdığını deyə bilmərəm. Amma tarix göstərir ki, komandanın bütün futbolçuları ilə normal münasibəti olmayan məşqçilər uğur qazana bilmirlər. O, komandada qalsa belə, yenə Avropa Liqasına vəsiqə verən yerlərdən birini tuta bilər. Bu cür resurslarla belə uğura istənilən məşqçi imza ata bilər.

- Amma "Qəbələ" qarşısına çempion olmaq hədəfini qoyub. Onların "Qarabağ"la rəqabət aparması mümkündür?
- Rəqabət yoxdur. Toparlana, ağdamlılara bir görüşdə qalib gələ bilərlər. Amma onların sonadək bu komanda ilə rəqabət aparmaları mümkün deyil.

- Deməli, bu gedişlə xal fərqi daha da artacaq və ağdamlıların çempionluğu rəsmiləşdirməsi an məsələsidir?
- "Qarabağ" bu yolda ciddiliyini və liderliyini sonadək qorumağa çalışacaq. İşə ən düzgün yanaşma da budur. Amma təbii ki, vəziyyət belə davam etsə, xal fərqi daha da artacaq. Hazırda isə 9 xallıq fərq elə də böyük deyil.

- "Qəbələ"dən Yunanıstan PAOK-u ilə səfər oyununda nə gözləmək olar?
- Ağır olacaq. PAOK hədiyyə deyil. Lakin heç-heçə üçün mübarizə aparmaq olar.

- Bəs "Qarabağ"ın Avroliqanın pley-offuna çıxması nə dərəcədə mümkündür?
- Fikrimcə, bu komandanın hələ şansı var. Londonlular qrupdan çıxmağı məhz Bakıda təmin etməyə çalışacaqlar. Bu da "Qarabağ"ın işini çətinləşdirən amillərdəndir. Təbii ki, komandamızın qol vurmaq üçün yaxşı şansları olacaq. Amma əsas məsələ onlardan maksimum yararlanmaqdır. Buna nail olsalar, "Tottenhem"ə qalib gələ bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.