24 noyabr 2015 13:00

Rauf Əliyev: Qarabağın çempionluq uğrunda rəqibi yoxdur

Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyev zədəsindən, millimizin Moldovaya qarşı yoxlama oyunundan (2:1), eləcə də klubundakı vəziyyətdən danışıb. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"Müalicəm davam edir. Klubun idman zalında məşq edirəm. Amma qaçmağa bir ay sonra başlayacağam. Bunu vaxtından öncə edə bilmərəm. Almaniyadakı həkimlərin tapşırığı belədir".

Əliyev millimizin Moldova üzərindəki qələbəsindən danışıb: "Komandamız normal oynadı. Mümkündür ki, ikinci hissədə uşaqlar bir qədər zəif təsir bağışladılar. Amma nəzərə almaq lazımdır ki, heyətdə gənc futbolçular çox idi. Ona görə də matçın gedişində hansısa problemlərin yaranması normal idi. Əsas ili qələbə ilə başa vurmaq idi. Hücum xəttində Ağabala Ramazanovun çıxışı çox xoşuma gəldi. Qol da vurdu. Hiss olunurdu ki, çox çalışır. İnanıram ki, yaxşı gələcəyi olacaq".

"İnter"in hazırkı vəziyyətinə gəlincə, təbii ki, maliyyə baxımından əvvəlki kimi deyil. Amma maaşımızı alırıq. Komandada hər şey yaxşıdır. Uşaqlar növbəti oyuna hazırlaşırlar. Hər oyunda qələbə üçün mübarizə aparırıq. İnanıram ki, mövsümün sonunda Avropa Liqasına vəsiqə qazanacağıq".

Rauf Premyer Liqadakı çempionluq mübarizəsindən də danışıb: "Mənə elə gəlir ki, hazırda "Qarabağ"ın çempionluq uğrunda rəqibi yoxdur. Bu komanda bütün göstəricilərdə rəqiblərini qabaqlayır. Mümkündür ki, "Qəbələ" mövsümün əvvəlində bu mübarizəyə qoşulmuşdu. Amma bu komanda artıq xeyli xal itirib və gələcəkdə də belə olacağı şübhə doğurmur. Qalan bütün komandalar ancaq Avroliqaya düşmək üçün mübarizə apara bilər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.