23 noyabr 2015 16:15
Rəşad Sadıqovun Tottenhemə qarşı oynaması sual altındadır
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"inə qarşı oynaması hələ də sual altındadır. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu artıq bir neçə gündür yüngül qaçışlara başlayıb.
Amma həkimlər hələ ona topla çalışmağa icazə vermirlər. Bu üzdən də Sadıqovun matça qədər tam hazır vəziyyətə gətirilməsi çətin görünür. Buna baxmayaraq, baş məşqçi Qurban Qurbanovun kapitana bu vacib görüşdə şans verməsi də istisna edilmir.
Qeyd edək ki, "Qarabağ" - "Tottenhem" matçı noyabrın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.
