23 noyabr 2015 15:45

Bəhmən Həsənov: Biz həmin oyunçuları ancaq arzulaya bilərik

"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" üzərində qazandığınız qələbə rəqib komandanın qeyri-sabit çıxışı ilə izah olunurdusa, "Zirə" üzərindəki qələbəniz komandanıza diqqəti artırdı...
- Haqlısınız. Əvvəllər biz rəqiblərimizə diqqət yetirirdiksə, bundan sonra onlar da bizə hörmət edəcəklər, çıxışımızı izləyəcəklər. Belə bir güclü komanda üzərində qazandığımız qələbəyə görə şadam. Amma biz eyforiyaya qapılmamalıyıq. Turnir cədvəlindəki vəziyyətimiz bizi növbəti oyunlarda da qələbə qazanmağa sövq edir.

- Bu qələbələrdən sonra "Rəvan"da özünəinamın bərpa olunduğunu demək olar?
- Motivasiya daha da yaxşılaşıb. Məşqçilər korpusu futbolçulara güvənir. Bu da şübhəsiz ki, onlarda inamın artmasına səbəb olur. Komandamızda yetərincə təcrübəli futbolçu var. Çatışmazlığımız isə ondan ibarətdir ki, ehtiyat oyunçular skamyamız qısadır. Hər bir itki bizi onu kiminlə əvəz edəcəyimizi düşünməyə məcbur edir.

- Qazanılan ardıcıl iki qələbə sizin işinizin nəticəsidir?
- Böyük ehtimalla, elədir. Baş məşqçi postuna təyin olunan kimi dedim ki, hədəfimiz irəliləməkdir. Artıq bu yola başlamışıq. Qarşıda "Qəbələ" ilə oyun var. Onlar da Premyer Liqanın son turlarında qeyri-sabit çıxış edirlər.

- Sizcə, "Qəbələ"nin qeyri-sabit oynamasının səbəbi nədir?
- Səbəb sadədir: onlar müəyyən mərhələdən sonra Premyer Liqa oyunlarına qeyri-ciddi yanaşmağa başladılar. Halbuki, "Qəbələ"nin ehtiyat oyunçular skamyasında elə futbolçular yer alır ki, onları bizim heyətimizdə görməyi ancaq arzulaya bilərik. Rəqibin kimliyindən asılı olmayaraq, biz hər oyunda qələbə qazanmaq istəyirik. Çünki sonuncu pilləni tərk etməyə çox yaxınlaşmışıq.

- Bəlkə sizi bu posta daha tez gətirmək lazım idi? Belə olan halda vəziyyət bu həddə çatmaz, "Rəvan" indi sonuncu pillədə qərarlaşmazdı...
- Ola bilər. Amma bu barədə qərarı mən vermirəm. Mənlik olsaydı, sözümü daha erkən deyərdim. Digər tərəfdən mən komandanı öyrənmək üçün vaxt qazandım. Bu, müəyyən mənada kömək oldu. Ona görə də təyinatdan sonra mənim üçün işləmək daha asan oldu.

- Sabiq baş məşqçi Emin Quliyev bəyan edib ki, onun dövründə oyun olsa da, pul yox imiş. İndi isə maliyyə vəziyyəti yaxşıdır. Komandada pul niyə məhz sizin gəlişinizdən sonra olmağa başladı?
- Bu, düz deyil. O vaxt da pul var idi. Sadəcə, futbolçular az qazanırdılar. Çünki qələbə qazana bilmirdilər. İndi qələbə var, buna görə onlar mükafat da alırlar.

- Bəlkə Quliyev bunu "Qarabağ"a 0:1 hesabıyla uduzduğunuz oyundan sonra aldığınız mükafata görə deyib?
- Klub rəhbərliyi həmin oyunda komandamızın yaxşı futbol sərgiləməsini mükafatlandırmağa qərar verdi. Bunun da sayəsində, son iki turda qələbə qazanırıq.

- Pro lisenziyası aldıqdan sonra çalışmaq sizin üçün daha rahatdır?
- Şübhəsiz. Bu, mənim xeyrimə oldu. "Şaxtyor", "Qalatasaray", "Beşiktaş" kimi klubların düşərgəsində təcrübə keçməklə öz təcrübəmi daha da artırdım. Böyük mütəxəssislərlə söhbətlər çox xeyrimə oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.