23 noyabr 2015 14:00

3 qol, iki yubiley

“Kəpəz” cari mövsümdə ilk dəfə böyük hesabla uduzub. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 13-cü turunun “Qarabağ”la səfər oyununda 3 cavabsız qol buraxan Gəncə klubu sonuncu dəfə 2013-cü il mayın 20-də AZAL-la səfər oyununda ağır yenilgi almışdı.

935 gün əvvəl paytaxt təmsilçisi 4:0 hesabı ilə qalib gəlmişdi. Bu, qərblilərin ölkə çempionatları tarixində 32-ci böyükhesablı məğlubiyyətidir. Cari mövsümdə “Zirə”ni 4:1 hesabı ilə məğlub edən “Qarabağ” 2-ci dəfə böyük hesabla qalib gəlib. Ağdam klubu tarixində 86-cı dəfə 3 və ya daha çox top fərqi ilə qələbə qazanıb. Bu göstəricidə 3-cü olan “Qarabağ” “Kəpəz”lə fərqi 5-ə endirib. Belə ki, 2-ci olan qərblilər 91 böyükhesablı qələbə əldə edib. İki komanda arasında oyunlarda 9-cu dəfə belə nəticə qeydə alınıb. İndiyədək gəncəlilər 5, ağdamlılar 4 dəfə rəqibini böyük fərqlə məğlub edib.

13-cü turun “Qarabağ” – “Kəpəz” matçında vurulan qollardan ikisi yubiley xarakteri daşıyıb. 2-ci qola imza atan Dani əyalət klublarının görüşlərində 100-cü topun müəllifi olub. Riçard Almeydanın matçda vurduğu top ağdamlıların “Kəpəz”in qapısından keçirdiyi  yubiley – 50-ci qoldur. 39 dəfə üz-üzə gələn rəqiblərin oyunlarında “Kəpəz” 51, “Qarabağ” 50 top vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.