23 noyabr 2015 13:30

Neftçi 2934 gün sonra sevindi

Topaz Premyer Liqasının 13-cü turunda baş tutan “Böyük oyun”da 2:0 hesabı ilə qalib gələn “Neftçi” “Xəzər Lənkəran”la səfər oyunlarındakı qələbəsiz oyunlar seriyasına son qoyub. Azerisport.az xəbər verir ki, “Böyük oyun”ların tarixi ərzində 2 dəfə rəqib meydanında qalib gələn paytaxt təmsilçisi sonuncu dəfə 2007-ci ildə Lənkəranda 3 xala sevinmişdi.

8 il 12 gün əvvəl noyabrın 10-da qələbə qazanan bakılılar çempionat oyununda 1:0 hesabına sevinmişdi. 2934 gündən sonra “Xəzər Lənkəran”ın meydanında qalib gələn “Neftçi” bu müddətdə 12-si çempionat, 1-i kubokda olmaqla, 13 səfərdən qələbəsiz ayrılmışdı. Bu 13 qarşılaşmadan 5-də meydan sahibləri qələbə qazanmışdısa, 8-də heç-heçə qeydə alınmışdı.

İndiyədək rəqib meydanında qazandığı hər iki qələbəsi Lənkəran Olimpiya Kompleksinə təsadüf edən “Neftçi” ilk dəfə “Xəzər Lənkəran” mərkəzi stadionunda 3 xal əldə edib. “Ağ-qaralar” həm 2007-ci il noyabrın 10-da, həm də 2005-ci dekabrın 18-də Lənkəranın 2-ci arenasında qalib gəlmişdi – hər ikisi 1:0. İndiki stadionda 13 matçda qalib gəlməyən bakılılar 14-cü cəhddən arenanı qələbə ilə tərk edib.       

İndiyədək keçirilən 39 “Böyük oyun”dan 35-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 1-i Superkuboka təsadüf edib. Bu qarşılaşmalarda “Neftçi” 13, “Xəzər Lənkəran” 9 qələbə qazanıb, 17 matçda isə qalib müəyyənləşməyib. “Ağ-qaralar” 46, “ağ-yaşıllar” 35 top vurub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.