23 noyabr 2015 11:20

Rahid Əmirquliyev: Belə davam etsə, ən yaxşısı oynamamaqdır

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Məğlubiyyətlə bağlı nə deyə bilərsiniz?
- Səkkiz il idi doğma meydanda bakılılara uduzmurduq. Yaxşı futbol göstərib, qələbə qazanmaq istəyirdik. Amma gördüyünüz kimi, bizdə heç nə alınmadı.

- Birinci hissədə layiqli mübarizə aparsanız da, ikinci yarıda heç nə ilə yadda qalmadınız. Səbəb nə idi?
- Deyə bilmərəm. Oyunun videoyazısına baxıb, səbəbləri müəyyənləşdirməyə çalışacağıq. Bir şeyi dəqiq bilirəm ki, belə davam etmək olmaz. Hər oyunda uduzuruq. Azarkeşlərimiz yanvara kimi dözməlidir. Ondan sonra isə vəziyyət düzəlməlidir. Bu, bizə yaraşmır. Belə dəstəklə biz daha yaxşı oynamalıyıq.

- Şəxsən bu vəziyyət sizi yorub?
- Bütün bunlar psixoloji cəhətdən bizə pis təsir edir. Çünki komandanın əksər üzvü gənclərdir. Hər oyunda uduzmaq bezdirir. Özüm də yorulmuşam.

- Yanvarda doğrudan da hər şey düzələcək?
- Bunu ən yaxşısı klub rəhbərliyindən soruşun. Biz dəyişiklik olacağına ümidliyik. Belə davam etmək olmaz. Yeni ildə də belə davam etsə, ən yaxşısı oynamamaqdır.

- Belə olsa, klubu tərk edəcəksiniz?
- Müqaviləmin müddəti may ayında bitir. Yenə də ümid edirəm ki, hər şey yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.