23 noyabr 2015 00:10

Kaue: Əsgər Abdullayev Neftçidə atmosferi dəyişə bildi

"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri səfər oyunundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Lənkərandakı oyunla bağlı nə deyə bilərsiniz?
- Yaxşı oyun oldu. Biz rəqibə qarşı yaxşı mübarizə apardıq. Vahid bir komanda kimi çıxış etdik.

- Əsgər Abdullayev komandada atmosferi dəyişə bilib?
- Bəli. Komandaya yeni baş məşqçi gələndə həmişə belə olur. Mənə elə gəlir ki, o, futbolçulara demək üçün düzgün sözlər tapmışdı. Hamı onu yaxşı başa düşdü və yaxşı oyun sərgilədi. Biz Samir Əliyevin dövründə də məşqlərdə çox çalışırdıq. Sadəcə, bu gün bizdə yaxşı oynamaq alındı.

- Elə isə, növbəti turlarda sizdən nə gözləyək?
- Bu cür oynamağa davam etməli və çempionatdakı liderliyimizi geri qaytarmalıyıq.

- "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev oyundan sonra sizə nə dedi?
- Bizi təbrik etdi. Bildirdi ki, vacib qələbə qazandıq. Bu mövsüm "Xəzər Lənkəran"a qarşı keçirdiyimiz ilk oyunu yada saldı. Hansı ki, həmin görüşdə biz 2:0 öndə olduğumuz halda, sonda heç-heçəyə razılaşmışdıq.

- "Neftçi"nin son illərdə Lənkəranda ilk dəfə qələbə qazandığını bilirsiniz?
- Səkkiz il idi burada qələbə qazana bilmirdik. Nəhayət ki, buna nail olduq. Yaxşı nəticədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.