23 noyabr 2015 00:20
Tottenhem 4 qolla qalib gəldi
İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Tottenhem" də növbəti matçını keçirib.
London klubu doğma meydanda "Vest Hem"lə qarşılaşıb. Matç 4:1 hesabıyla Ağdam klubunun rəqibinin xeyrinə başa çatıb.
Qeyd edək ki, "Tottenhem" hazırda 24 xalla 20 klub arasında 5-ci pillədə qərarlaşıb.
