23 noyabr 2015 00:15
PAOK Qəbələ ilə oyun öncəsi doğma meydanda xal itirdi
Yunanıstan çempionatında 11-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Panaitolikos"la qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib - 0:0.
Qeyd edək ki, PAOK geridə qalan turlarda topladığı 16 xalla 6-cı pillədə qərarlaşıb.
