23 noyabr 2015 00:00
Eddi İsrafilov oynamadı, Eybar xal itirdi
İspaniya La Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Vilyarreal" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Eybar" hazırda 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
