22 noyabr 2015 15:00

Aleksandr İaşvili: Mən indi də İnterin hər bir uğuruna sevinirəm

"İnter"in sabiq hücumçusu Aleksandr İaşvilinin azerisport.az saytına müsahibəsi

- Deyəsən, siz daha bir neçə mövsüm oynamalı olacaqsınız...
- Xeyr, bu, o qədər də uzun çəkməyəcək. Sadəcə, hazırda Tiflis "Dinamo"suna kömək etməyə çalışıram.

- Siz nə vaxtsa "İnter"ə də kömək edirdiniz. Bakı klubunun işləri ilə maraqlanırsınız?
- Azərbaycan Premyer Liqası ilə maraqlanıram. Təbii ki, "İnter"in də çıxışından xəbərim var. Keçmiş klubumun yaxşı çıxış etməsi xoşdur. Bu klubun hər uğuru məni sevindirir. Çünki vaxtilə bu klubun bir hissəsi olmuşam.

- Zaur Svanadze ilə əlaqə saxlayırsınız?
- Svanadzeyə böyük hörmətim var, yaxşı insandır. Xoşdur ki, "İnter" onun rəhbərliyi altında uğurlu çıxış edir.

- Svanadze sizi "İnter"ə dəvət etsə, yenidən qayıdarsınız?
- Kömək edə bilmərəm. Mövsümün sonunda karyeramı başa vurmağı planlaşdırıram. Böyük ehtimalla növbəti mövsümdə futbol oynamayacağam.

- Çempionatımızla maraqlandığınızı dediniz. Nə xoşunuza gəlir?
- Güclü çempionatdır. Hazırda Premyer Liqanın iki lideri var - "Qarabağ" və "Qəbələ". Hazırda çempionluq uğrunda məhz bu iki klub mübarizə aparır. Hər ikisi Avropa Liqasının qrup mərhələsində oynayır. Halbuki, belə bir uğura imza atmaq çox çətindir. Amma klublarınız hədəflərinə çatmağı bacardılar. Fikrimcə, Avroliqada da pis çıxış etmirlər.

- "Qəbələ"nin "Dinamo"ya qarşı keçirdiyi təsnifat oyunlarını necə xatırlayırsınız?
- Bərabər səviyyəli oyunlar idi. Biz "Qəbələ"ni evdə məğlub etdik, amma səfərdə üstünlüyümüzü qoruya bilmədik və uduzduq. Həmin məğlubiyyət bizə çox pis təsir etdi.

- Tiflis klubu həmin vaxt "Qəbələ"yə qalib gəlsəydi, qrup mərhələsinə qədər irəliləyə bilərdi?
- Bilmirəm. Qrup mərhələsinə vəsiqə qazanmaq çətin işdir. Bizim indiki hədəfimiz Gürcüstan çempionu olmaqdır. Bunun üçün mübarizə aparırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.