22 noyabr 2015 00:50
Qarabağın rəqibi Nanta qalib gəldi
Fransa çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" da növbəti matçına çıxıb.
Knyazlıq təmsilçisi doğma meydanda "Nant"la qarşılaşıb. Matç ağdamlıların rəqibinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Monako" geridə qalan turlarda topladığı 23 xalla 5-ci pillədə qərarlaşıb.
