22 noyabr 2015 00:15
Subaşiçin komandası səfər oyunundan qələbə ilə qayıtdı
Serbiya Super Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Vozdovaç"la qarşılaşıb. Matç Subaşiçin komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Branimir bu matçın 84-cü dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 18 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.
