22 noyabr 2015 00:10
Millimizin sabiq futbolçusu 90 dəqiqə oynadı, komandası uduzdu
Türkiyə PTT 1-ci liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Karabükspor"la qarşılaşıb. Matç qazianteplilərin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 18 xalla 6-cı pillədə qərarlaşıb.
