22 noyabr 2015 00:05
Erat oynamadı, komandası qələbə qazandı
Almaniya Qərb Regional Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Şalke II" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan yığmasının düşərgəsindən zədəli qayıdan Erat komandasına bu oyunda kömək edə bilməyib.
Qeyd edək ki, Toğrulun komandası hazırda 22 xalla 19 klub arasında 9-cu pillədə qərarlaşıb.
