21 noyabr 2015 18:30
Ağayev 90 dəqiqə oynadı, 3 qol buraxdı
Türkiyə PTT 1-ci liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçında çıxıb.
Sözügedən klub səfərdə "Girəsunspor" ilə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə bitib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.
Qeyd edək ki, "Karşıyaka" geridə qalan turlarda topladığı 12 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.
