21 noyabr 2015 16:00

PAOK-la oyunu kimlər buraxa bilər?

"Qəbələ"nin əsas komandasında zədə epidemiyası hökm sürür. Azerisport.az xəbər verir ki, komandanın bir neçə futbolçusu bu səbəbdən hazırlıqdan kənarda qalıb. Onların bəzilərinin Avropa Liqası çərçivəsində PAOK-a qarşı oynaması sual altındadır.

Zədəlilərin son durumu ilə bağlı əsas komandanın həkimi Roman Jolobaylyuk klub qəzetinə açıqlama da verib. Bəlli olub ki, ən ciddi zədə kapitan Dodo ilə bağlıdır: “Dododa omba nahiyəsində əzələ dartılması olub. Bunu “İnter”lə oyundan sonra aşkar etdik. Kapitanımız həmin matçın son dəqiqələrində zədələnsə də, əsl fədakarlıq edərək sonadək mübarizə apardı. Belə ciddi zədələr zamanı reabilitasiya prosesi təxminən 3 həftə çəkir. Bu üzdən Luisin PAOK-la səfər matçında iştirakı sual altındadır. Onun müalicəsinin dinamikasına baxıb qərar verəcəyik”.

“İnter”lə ev oyununun hələ ilk hissəsində Sergey Zenyovun da əvəzlənməsi futbolçunun zədələnməsi ilə bağlı olub. Jolobaylyuk hücumçunun Estoniya milli komandasının düşərgəsində tam müayinədən keçdiyini söyləyib: “Zenyovun da omba nahiyəsində əzələsi dartılıb. Ona da 2-3 həftə vaxt lazımdır. Estoniya yığmasının həkimləriylə söhbətdən sonra belə qərara alınıb ki, millinin oyunları zamanı düşərgədə qalsın. Təlim-məşq toplanışı bitən kimi isə komandamıza qayıdıb. Estoniyalı həkimlərin başladığı müalicəni Qəbələdə davam etdiririk. Sergeyin Yunanıstandakı matçadək sıraya dönəcəyinə ümid edirik”.

Zenyov kimi Ermin Zets də zədə üzündən milli komandasına kömək edə bilməyib. Həm də estonlar yoldaşlıq görüşü keçirirdisə, Zetsin üzvü olduğu Bosniya və Herseqovina millisini daha məsul sınaq – İrlandiya yığmasıyla pley-off matçları gözləyirdi. Zets həmin müddətdə Xorvatiyanın paytaxtı Zaqrebdə olub. Jolobaylyuk: “Erminin onurğa sütununda ağılar var. Prinsipcə, bu, geniş yayılmış zədədir. Belə qərara aldıq ki, Zetsi bu cür zədələr üzrə ixtisaslaşmış klinikası olan Zaqrebə yollayaq. Futbolçumuz orada 10 günlük müalicə kursu keçərək, noyabrın 16-da düşərgəmizə qayıdıb. Zaqrebdəki həkimlər bizə bildirdilər ki, Zetsin müalicəsinin dinamikası müsbətdir və onun tezliklə yaşıl meydana qayıdışı üçün lazım olan hər şeyi ediblər”.

Ruslan Abışov isə milliyə dəvət alsa da, zədə üzündən Moldova yığmasıyla yoldaşlıq görüşü ərəfəsində heyətdən çıxarılıb. Azərbaycan yığmasının müdafiəçisi arxa diz bağlarıyla bağlı xroniki problem üzündən millinin heyətindən kənarda qalıb: “Ruslanla söhbətdə məlum oldu ki, zədə onu müəyyən müddətdir narahat edir. Bu, hava dəyişkənliyi, təbii otdan süni örtüklü meydançaya keçid zamanı özünü daha qabarıq büruzə verir. Abışov fasilə müddətində müalicə olunub və vəziyyəti qaydasındadır”.

Qəbələdəki ardıcıl oyunlar zamanı daha bir legioner – ukraynalı Dmitri Bezotosnı da sıradan çıxıb. Jolobaylyukla söhbətdə “Qəbələ”nin əsas qapıçısının vəziyyətinin yaxşılığa doğru dəyişdiyi məlum olub: “Bezotosnı yaxşı müalicə kursu keçib. Hazırda bərpa prosesi mərhələsindədir. Ümid edirik ki, PAOK-la oyunadək Dmitri də tam döyüşkən vəziyyətdə olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.