Antonyuk: Bakı Olimpiya stadionunda yenidən oynamağı məmnuniyyətlə istərdim
Moldova yığmasının yarımmüdafiəçisi Aleksandr Antonyuk Bakıda Azərbaycana qarşı keçirdikləri yoxlaam oyunu ilə bağlı ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Sən Bakıda ilk dəfə olurdun?
- Bəli.
- Bakı Olimpiya stadionunda oynamaq səndə hansı təəssüratlar yaratdı?
- Bakı çox gözəl, inkişaf edən şəhərdir. Orada gördüklərimdən yaxşı mənada təəccübləndim. Yeni, böyük stadionda oynadıq. Mən məmnuniyyətlə yenidən həmin arenada oynayardım. Bakını da yenidən sevinə-sevinə gəzərdim.
- Azərbaycan yığmasında hansı güclü cəhətləri aşkarladın?
- Topa sahib olmaqlarını qeyd edə bilərəm.
- Səncə, Azərbaycan və Moldova futbolunda nə kimi fərqlər var?
- Azərbaycanda hər şeyə çoxlu investisiya yatırılır. Bu, idmanada aiddir. İnfrastruktur, klublar buna görə yaxşı inkişaf edir. Məsələn, onların iki komandası hazırda Avropa Liqasının qrup mərhələsində çıxış edir.
