21 noyabr 2015 12:30
Qəbələnin rəqibi Hamburqa məğlub oldu
Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan Dortmund "Borussiya"sı da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Hamburq" ilə qarşılaşıb. Matç "Borussiya"nın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, geridə qalan turlarda 29 xal toplayan "Borussiya" ikinci pillədə qərarlaşıb.
