21 noyabr 2015 11:30
Rüfət Dadaşov klubunu məğlubiyyətdən xilas edə bilmədi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Zviçkau" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb və sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
