20 noyabr 2015 20:00
Erat Fortunanın düşərgəsinə qayıtdı
Almaniyanın "Fortuna" klubunun yarımmüdafiəçisi Toğrul Erat Azərbaycan yığmasının düşərgəsindən zədəli qayıdıb. Azerisport.az xəbər verir ki, bunu Almaniya mətbuatına klubun U-23 komandasının baş məşqçisi Taşkın Aksoy məlumat verib.
Bu üzdən də onun "Şalke 04 II" ilə oyunda meydana çıxmayacağı bildirilir.
Qeyd edək ki, Erat Azərbaycan yığmasının Moldova ilə yoxlama oyununa (2:1) dəvət alsa da, həmin oyunu ehtiyat oyunçular skamyasından izləmək məcburiyyətində qalmışdı.
