20 noyabr 2015 19:15

Əli Səmədov: Millinin heyətinə düşmək sevindirici idi

“Kəpəz”in əvəzedici heyətinin üzvü Əli Səmədovun 19 yaşlılardan ibarət yığma komandanın təlim-məşq toplanışında və Avropa Çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etməsi haqda xəbər vermişdik. Azerisport.az xəbər verir ki, klub saytına açıqlama verən gənc futbolçu ilk olaraq yığmaya dəvət alması haqda danışıb:

“Yığmaya çağırılacağımı gözləyirdim, çünki məşqçilərin mənimlə maraqlanmasını bilirdim. Toplanış normal keçdi. Bir həftə boyunca “Dalğa Arena”da məşq etdik. Yoxlanışa 24 futbolçu çağırılmışdı, seçim aparılırdı. Millinin heyətinə düşmək sevindirici idi”.

19 yaşlılardan ibarət futbolçularımız Bakıda keçirilən qitə birinciliyinin oyunlarında Ukrayna, Türkiyə, Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıblar. Əli Səmədov Ukraynaya qarşı matçda sonradan meydana daxil olub. Digər iki görüşdə isə əsas heyətdə yer alıb: “İlk oyunda əsas heyətdə meydana çıxmadım, yalnız görüşün sonlarında oynamaq imkanı əldə etdim. İkinci matçda isə baş məşqçimiz Nazim Süleymanov ilk dəqiqələrdən oynamaq imkanı yaratdı. Yəqin ki, özümü doğrultduğum üçün üçüncü görüşdə də əsas heyətdə oyuna başladım. Mənə şans verildiyi üçün məşqçilərə minnətdaram. Hər bir futbolçunun arzusu yığma komandaya dəvət almaqdı. Düşünürəm ki, yenə milliyə çağırıla bilərəm”.

Onu da qeyd edək ki, Əli Səmədov daha əvvəllər aşağı yaş qrupları üzrə ölkə yığmalarına cəlb olunsa da, ilk dəfə U-19-a çağırılıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.