20 noyabr 2015 19:00

Tounkara: Hətta Malidəki terrorçular da Böyük oyuna köklənməyimə mane ola bilməzlər

"Xəzər Lənkəran"ın malili yarımmüdafiəçisi Sadio Tounkara Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Qarşıdakı görüşlə bağlı nə düşünürsünüz?
- Danışılası nəsə yoxdur. Bu görüşün necə prinsipial xarakter daşıdığını hər kəs yaxşı bilir. Hər iki komandanın azarkeşləri üçün vacib qarşılaşmadır. Eləcə də biz futbolçular üçün.

- Komandalar turnir cədvəlində qonşu olsalar da, alt pillələrdə qərarlaşıblar. Bu, oyuna marağı azaltmır?
- Başqalarını deyə bilmərəm, şəxsən mənim üçün çox prinsipial qarşılaşmadır. Motivasiya da məndə yetərincədir.

- Müəxəssislərin əksəri belə hesab edir ki, "Xəzər Lənkəran" və "Neftçi" arasındakı "Böyük oyun"dan heç nə qalmayıb...
- Bununla razı deyiləm. Azərbaycanda bu komandaların dueli həmişə prinsipial olub, indi də elədir, bundan sonra da belə qalacaq. Bunu heç nə dəyişə bilməz. Bu komandalar heç də həmişə turnir cədvəlinin alt pillələrində qərarlaşmayacaqlar.

- "Neftçi"ni turnir cədvəlində qabaqlaya bilsəniz, avrokuboklara vəsiqə qazana bilmədiyinizə görə sizi bağışlayarlar?
- Rəhbərliyin bu barədə nə düşündüyünü bilmirəm. Amma mən "Xəzər Lənkəran"ın "Neftçi"dən öndə olmasını istəyərdim. Eyni zamanda iddialarımızı da unutmamalıyıq. Hələ üst pillələrə çıxmaq şansımızı itirməmişik. Bakılılar üzərində qələbə mövqeyimizi yaxşılaşdırmağa imkan verəcək. Bu da prinsipial oyunda qələbə qazanmağımız üçün bir səbəbdir.

- Sizdən necə oyun gözləyək?
- Fikrimcə, maraqlı və gərgin görüş olacaq. Nəticəyə gəlincə, 3:1, 2:1, 2:0, bir sözlə hansı hesabla qalib gəlməyimizin fərqi yoxdur. Əsas qələbədir.

- Son dövrlər pis nəticələr azarkeşlərin sizə olan inamını azaltmayıb ki?
- "Qarabağ"la son oyunda azarkeşlərimizin sayı digər görüşlərlə müqayisədə çox idi. Qarşıdakı turda onların sayının daha çox olacağını düşünürəm. Onlar komandanın hazırda hansı vəziyyətdə olduğunu yaxşı bilirlər. Ona görə də qoy bizi lazımı səviyyədə dəstəkləsinlər.

- Malidə baş verən terror hadisəsindən yəqin ki, xəbəriniz var. Bu, sizin meydana daha istəkli çıxmağınıza mane olmaycaq?
- Şübhəsiz ki, baş verən hadisələri yaxından izləyirəm. Bunlar məni də məyus edir. Amma hətta Malidəki terrorçular da mənim Böyük oyuna yaxşı köklənməyimə mane ola bilməzlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.