20 noyabr 2015 15:30

Qəbələ Beşiktaş fanatlarını transfer etdi

"Qəbələ" rəhbərliyi Türkiyənin "Beşiktaş" klubunun dünyaca ünlü tərəfdarlarından 15-ni Azərbaycana dəvət edib. Azerisport.az xəbər verir ki, məşhur "Çarşı" qrupunun üzvləri ölkəmizə "Qəbələ" tərəfdarlarına komandalarını oyunlar zamanı necə dəstəkləmək lazım olduğunu öyrətmək üçün gəliblər.

Bu işi birbaşa klubun prezidenti Tale Heydərov təşkil edib. O, Türkiyədəki dostlarının dəvəti ilə "Beşiktaş"ın ev oyunlarını izləməyə gedərkən "Çarşı"nın necə çılğıncasına komandalarına dəstək verməsinin şahidi olub və heyran qalıb. Türkiyə mətbuatının məlumatına görə, elə həmin oyunlar zamanı "Çarşı"nın "Asiya qartalları" adlı amiqoları ilə görüşüb, yaxından söhbət edib. Söhbət zamanı Heydərov həmin amiqolardan 15-ni "Qəbələ"nin oyunlarına dəvət edib.

Bu barədə qrupun lideri Sədat Özdəmir məlumat verib: "Azərbaycanlı futbolsevərlərə şüarlar səsləndirmək, komandanı daha çılğıncasına dəstəkləmək mövzusunda dərs keçirik. Həm ölkəmizin, həm də "Beşiktaş"ımızın reklamını edirik. Hər həftə Azərbaycana gedirik, matçlarda oyunçuları dəstəkləyirik. Otelimiz, səfərlərimiz, bir sözlə bütün ehtiyaclarımız klub tərəfindən təmin olunur. Futbolçular kimi astronomik transfer pulu almadıq. Amma klub prezidenti sağ olsun, bütün ehtiyaclarımızı qarşılayır, bizi pis vəziyyətdə qoymur. Biz də komanda bərabərə qalanda, qalib gələndə mükafat alırıq. Komanda məğlub olanda isə heç nə istəmirik".

Qeyd edək ki, Türkiyə mətbuatı "Qəbələ" ilə sözügedən 15 "Beşiktaş" tərəfdarı arasında bağlanmış anlaşmanın müddəalarını da açıqlayıb. Həmin anlaşmada aşağıdakı məqamlar öz əksini tapıb:

1. İstanbuldan Azərbaycana gəlmək və qayıtmaq üçün təyyarə bileti
2. Günlük 100 dollar xərclik
3. Otel pulu
4. Yemək-içmək xərcləri
5. Komanda qalib gələndə ekstra mükafat
6. Evli amiqoların həyat yoldaşları üçün ekstra təyyarə bileti

Heydərov bu addımı atmaqda məqsədlərinin Azərbaycanda inkişaf etməkdə olan futbol mədəniyyətini rəngləndirmək olduğunu bildlirib. O, "Beşiktaş" fanatları tərəfdarlarımızla mükəmməl tandem təşkil etdilər" deyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.