20 noyabr 2015 00:20
Moldova yığması Bakıya gəlməkdən imtina etdi
Futzal üzrə Azərbaycan yığması dekabrda Xorvatiyada keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Tino Peresin çalışdırdığı millimiz noyabrın 23-dən 30-dək həlledici təlim-məşq toplanışını həyata keçirəcək.
Qeyd edək ki, komandamızın bu müddət ərzində Moldova ilə iki yoxlama görüşü keçirməsi planlaşdırılırdı. Lakin moldovalılar Bakıya gəlməkdən imtina ediblər. Belə olan halda yığmamız yalnız yerli klublarda çıxış edən futzalçılardan ibarət komandai ilə qarşılaşmalı olacaq. Həmin görüş noyabrın 29-da baş tutacaq.
