20 noyabr 2015 00:10
Vüqar Mustafayev: Rusiya üzərində qələbə gözlənilməz olmadı
Azərbaycanın gənclərdən ibarət yığmasının yarımmüdafiəçisi Vüqar Mustafayev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Rusiya üzərində qazandıqları qələbəni (3:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ardıcıl məğlubiyyətlərdən sonra uğursuz seriyaya son qoymağımıza ehtiyac vardı. Bu qələbə bizə çox lazım idi. Bu qələbə bizim özünəinamımızı geri qaytardı. Üstəlik, xal ehtiyatımızı da yaxşılaşdırmaq fürsəti qazandıq. Bu qələbə bizim üçün gözlənilməz olmadı. Üstəlik, böyük motivasiyamız da yaxşılaşdı".
