19 noyabr 2015 19:00
Dmitri Nazarov Karlsrueyə kömək etməyə hazırdır
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarov zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, o, Almaniya ikinci Bundesliqasının 15-ci turu çərçivəsində "Karlsrue"nin "Zandhauzen"ə qarşı oyununa start heyətdə çıxacaq.
Qeyd edək ki, bir müddət idi zədədən əziyyət çəkən futbolçu yığmamızın Moldovaya qarşı səfər oyununu da buraxmaq məcburiyyətində qalmışdı. Amma Almaniya mətbuatı futbolçumuzun artıq problemini geridə qoyduğunu və "Karlsrue"nin əsas heyəti ilə məşqlərə başladığını bildirir.
"Karlsrue" hazırda 19 xalla 9-cu pillədə qərarlaşıb.
