19 noyabr 2015 15:00
Qarabağdan Əl Jadeyui açıqlaması
Xəbər verdiyimiz kimi, Premyer Liqanın 13-cü turu çərçivəsində qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlıqlarını davam etdirən "Qarabağ"da daha bir futbolçu sıradan çıxıb. Azerisport.az xəbər verir ki, dünən axşam məşqində Əlhərbi Əl Jadeyui zədələnib.
Artıq bu barədə klub saytı da məlumat yayıb. Məlumatda bildirilir ki, o, 1 aylıq yaşıl meydanlardan kənarda qalmalı olacaq. Sağ ayaq topuğundan zədələnən futbolçunun ayağı sarğıya qoyulub. Mərəkeşəsilli yarımmüdafiəçinin gələn ayın ortalarına sıraya dönməsi ehtimal olunur.
