19 noyabr 2015 14:40

Dmitri Xomuxa: Azərbaycan bizim futbolçuların əsl səviyyəsini göstərdi

Rusiyanın U-21 yığmasının baş məşqçisi Dmitri Xomuxa AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı Bakıda keçirdikləri oyunla bağlı ölkəsinin mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- İndi Azərbaycana məğlubiyyətin səbəblərini açıqlaya bilərsiniz?
- Bir səbəb yoxdur. Amma çoxlu amillər var. Azərbaycanla oyundan öncə biz iki oyun keçirmişdik. Xorvatiya ilə yoxlama görüşü və Farer adaları ilə seçmə mərhələ oyunu. Müsbət nəticələr qazanmışdıq. Bu, uşaqlarda motivasiyanı aşağı saldı. Onlar düşündülər ki, Azərbaycanla oyunda da asanlıqla qələbə qazanacaqlar. Bu, bizi yanıltdı.

- Deməli, bu darmadağın rəqibi düzgün qiymətləndirməməyin nəticəsidir?
- Böyük ölçüdə, hə. Amma uşaqların çalışqanlığını da qeyd etmək lazımdır. Sadəcə, oyuna köklənmə, hücumların məntiqi sonluqla başa çatdırılması baxımından diqqətli olmaq istənilən səviyyədə deyildi.

- Mirançuk oyunun əvvəlində qol vursaydı, hər şey fərqli ola bilərdi?
- Oyunun necə nəticələnəcəyini deyə bilmərəm. Amma belə olan rəqib komanda daha çox irəli atılacaqdı, müdafiəsində boşluqlar yaranardı.

- Yığmamızın çox bərbad oynadığı fikri ilə razısınız?
- Bəli.

- Sirr deyilsə, oyundan sonra uşaqlara nə dediniz?
- Azərbaycan onların əsl səviyyəsini göstərdi. Ona görə müsahibə verməkdən, danışmaqdan daha çox klublarında öz üzərlərində çox işləmələri, nəyə qadir olduqlarını göstərmələri lazımdır.

- Bəs Azərbaycan yığmasından fərqli vəziyyətdir?
- Onlar mütəmadi olaraq Azərbaycan çempionatında oynayırlar, təcrübə toplayırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.