19 noyabr 2015 14:00

Muarem Muarem: Belə olacağını bilsəydim, Qarabağdan getməzdim

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, hazırda Türkiyənin "Əskişəhərspor" klubunda çıxış edən Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- "Əskişəhərspor"dakı işlərinizin heç də yaxşı getdiyini demək olmaz. Çünki sizi meydanda tez-tez görə bilmirik...
- Əlbəttə, işlər pis gedir. Hazırda sonuncu pillədə qərarlaşmışıq. 8 ardıcıl oyunda məğlubiyyətlə üzləşmişik. İki baş məşqçi istefaya göndərilib. Bura gələndən hələ meydanda çıxmaq şansı qazanmamışam. Niyə belə olduğunu özüm də başa düşə bilmirəm. Karyeramda ilk dəfədir belə halla rastlaşıram. Belə davam etsə, "Əskişəhərspor"da qalmağın mənası yoxdur.

- Mətbuatda Robert Prosineçkinin "Əskişəhərspor"u çalışdıracağı barədə xəbərlər yayılmışdı. Siz də bunu eşitmişdiniz?
- Prosineçki? Bunu ilk dəfədir eşidirəm. Burada belə bir söhbət olmayıb.

- Azərbaycan klublarından təklif almamısınız?
- Xeyr. "Əskişəhərspor"a gələndən sonra heç bir təklif almamışam.

- "Qarabağ"dan getdiyinizə görə təəssüflənmirsiniz?
- "Əskişəhərspor"da belə aqibətlə üzləşəcəyimi bilsəydim, təbii ki, "Qarabağ"dan getməzdim. Amma kim öncədən belə bir şeyi proqnozlaşdıra bilər?

- Yenidən bu kluba qayıtmağınız mümkündür? Klub prezidenti Tahir Gözəl bəyan etmişdi ki, Muarem Muaremlə Leroy Corc üçün darıxır...
- "Qarabağ"a qayıtmaqla bağlı heç nə deyə bilmərəm. Əlbəttə, qayıtmağı çox istərdim. Amma hələ heç nə bəlli deyil. "Qarabağ"da yaxşı günlərim olub. Tahir Gözəl gözəl insandır. O, bizi avrokuboklarda həmişə dəstəkləyirdi. Hər zaman bizimləydi, udanda da, uduzanda da.

- Azərbaycanda hələ də belə düşünürlər ki, "Qarabağ"ın yeni transferləri Muaremlə Leroyu layiqincə əvəz edə bilmirlər...
- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Komandaya yeni gələn futbolçunun dərhal oraya uyğunlaşması mümkün deyil. Zamanla hər şey qaydasına düşür. Klubdan gedəndən sonra azarkeşlərin hələ də məni sevməsini öyrənəndə çox sevindim. Onların mənim qayıtmağımı istədiyini görmək çox xoşdur. Hər həftə "Qarabağ" azarkeşlərindən mesajlar alıram.

- "Qarabağ"ın Avroliqadakı çıxışını izləyirsiniz? Komandanın qrupdan çıxmaq şansları barədə nə deyə bilərsiniz?
- Komandanın Avroliqadakı, Azərbaycan çempionatındakı çıxışını izləyirəm. "Qarabağ"ın Bakıda "Monako"ya qalib gələ bilməməsinə çox məyus oldum. İnanıram ki, onlar İngiltərə "Tottenhem"inə qalib gəlib, qrupdan çıxacaqlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.