19 noyabr 2015 13:40

İnterin futbolçusu: Volqa 4 ildir mənə olan borcunu ödəmir

"İnter"in müdafiəçisi Laşa Salukvadze bəyan edib ki, Rusiyanın "Volqa" klubunun ona olan borcunu dörd ildir ala bilmir. Azerisport.az sizi gürcü futbolçunun həmin açıqlamaları ilə tanış edir:

"Bu proses artıq dörd ildir davam edir. Müvafiq orqanlara, FİFA və UEFA-ya bununla bağlı müraciət etmişik. İşi qazanmışıq, amma yerinə yetirilmir. Ümid edirəm ki, nəsə yenilik olacaq. Biz hazırda klubun qərarını gözləyirik. Onların hansı addımı atacağını maraqla gözləyirəm. Rəsmi qaydada, kağız üzərində hər şey mənim lehimədir. Amma nəticə yoxdur. Həmin borcu almaq mənim üçün nə dərəcədə prinsipialdır? Axı mən orada işləmişəm, oynamışam. Digərləri ilə necə müqavilə bağlandığını deyə bilmərəm, mənimki FİFA-nın qaydalarına uyğun idi. Üç illik müqavilə imzalamışdıq. Həmin müqavilə isə ikitərəfli qaydada pozulmayıb. Məni belə demək mümkünsə, "Volqa"dan qovdular. Rəhbərlik müqaviləyə özü xitam verdi. Təəssüf ki, belə hallara təkcə Rusiyada yox, Gürcüstanda, hazırda oynadığım Azərbaycanda da rast gəlmək mümkündür. Amma heç bir səbəb olmadan klubdan qovmaq... "Volqa"da böhran olsaydı, pulu hissə-hissə də olsa, ödəsəydilər, başa düşərdim. Lakin onlar belə də etmədilər. Yeri gəlmişkən, mənim durumumda olan bir neçə oyunçunun pulunu ödəyiblər. Mənim isə bəxtim hələ gətirməyib".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.