19 noyabr 2015 13:20
Qarabağın daha bir oyunçusu ili erkən başa vurdu
"Qarabağ" daha bir aparıcı futbolçusunun xidmətindən məhrum olub. Azerisport.az xəbər verir ki, Ağdam klubunun mərakeşli yarımmüdafiəçisi Əlhərbi Əl Jadeyui son məşqlərin birində zədə alıb.
Tibbi müayinə nəticəsində onun zədəsinin ağır olduğu aşkarlanıb. Belə ki, mərakeşli futbolçu təxminən iki aya yaxın futbol oynaya bilməyəcək. Bu üzdən Reynaldodan sonra Əl Jadeyui də ili erkən başa vurmaq məcburiyyətində qalıb.
