19 noyabr 2015 00:30
Muarem: Qarabağın Tottenhemə qalib gələcəyinə, qrupdan çıxacağına inanıram
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Muarem Muarem Ağdam klubunun Avropa Liqasının qrup mərhələsindəki şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın Avropa Liqasında və Azərbaycan çempionatındakı oyunlarını izləyirəm. Komandanın Fransa "Monako"suna Bakıda qalib gələ bilməməsinə çox məyus oldum. İnanıram ki, onlar "Tottenhem"ə qalib gələcəklər. "Qarabağ"ın qrupdan çıxacağına da inanıram".
