19 noyabr 2015 00:15

"Milli komandada oynamaq qürurverici hissdir"

“Qəbələ”nin futbolçusu Ürfan Abbasov Azərbaycan milli komandasında ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, Moldova ilə yoldaşlıq matçında (2:1) debüt edən 23 yaşlı müdafiəçi qarşılaşma haqda fikirlərini klub saytına açıqlayıb:

“Moldova ilə oyunda rəqibdən daha yaxşı oynadıq. Bunun nəticəsində daha çox qol imkanlarımız da oldu. Moldovanın zəif komanda olduğunu da demək olmaz. Oyun bizim istədiyimiz kimi alındı. Milli komandada oynamaq qürurverici hissdir. Debütümə görə mənə şans verən baş məşqçiyə təşəkkür edirəm. Moldova ilə matç yığmada ilk oyunum idi. Qarşıdakı oyunlarda etimad göstərilsə, özümü daha yaxşı göstərəcəyəm. Daim milliyə çağırılmaq üçün klubda da həmişə çıxış etmək lazımdı. Bunun üçün çox çalışmaq lazımdır. Mən də bundan sonra üzərimdə daha da çox çalışacağam”.

Abbasov Topaz Premyer Liqasının ilk 12 turundakı çıxışı və noyabrın 21-də “Sumqayıt”la oyunu haqda da fikirlərini bildirib: “Son turlarda keçirdiyimiz oyunlar istədiyimiz kimi alınmadı. Lakin qarşıdakı matçlara hazırlaşırıq. Hər qarşılaşmada yaxşı oyun göstərib, xal hesabımızı artırmağa çalışacağıq. Mövsümün ilk 12 turundakı öz çıxışıma gəlincə, tam razı deyiləm. Amma üzərimdə daha çox çalışmaqla daha da yaxşı oynamağa çalışıram. Komandamız hər görüşə qələbə üçün çıxır. “Sumqayıt”la səfər oyununa da 3 xal üçün yollanacağıq. Düşünürəm ki, rəqib meydanında yaxşı nəticə qazanarıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.